«Şuşanın gənc
bələdçiləri» layihəsi

Gənclər Fondunun dəstəyi
ilə həyata keçirilən layihə

Bizə qoşul Təlimlər Şuşa abidələri

Şuşa adının mənşəyi haqqında müxtəlif fikirlər vardır.

Eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Tasit Korneli Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu (latın dilində "ş" səsi yoxdur) şəhərinin olması haqqında məlumat vermişdir. Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu "Şuşa" (şüşə) adlandırmışlar.Bəzi mənbələrə görə, "Şuşa" sözü Azərbaycanda skiflərə məxsus olduğu ehtimal olunur.

Bəzi mənbələrə görə, "Şuşa" sözü Azərbaycanda skiflərə məxsus olduğu ehtimal olunur. Sözdə birinci "ş" səsi sonrakı "s" səsini öz məxrəcinə salmışdır (assimilyasiya) və "Şuşa" deyimi alınmışdır. Bəzi mənbələrdə Şuşa şəhərinin adı türk tayfaları və türk sözləri ilə izah olunur.

Bəzən "Şişə" (Şiş qayalarla əhatə oluduğuna görə) şəklində də işlədilir. Bəzi tədqiqatçılar Şuşa sözünü türk dilində mənası "uc", "yüksək" olan "şiş" komponenti ilə izah edirlər. Bəzi mənbələrdə isə Şuşa adının qədim türk sərkərdəsi Şunun (e. ə. 344–334) Makedoniyalı İsgəndərlə vuruşan səxsin tikdirdiyi "Su" qalası ilə eyniliyi, Şumer (şu+er) adı ilə səsləşməsi tədqiq olunur.

etimologiya

Qəza şəhərlərinin əksəriyyəti kimi, Şuşanın da öz gerbi vardı

Gerbdə iki yerə bölünmüş qızılı fonun bir hissəsində - sağ tərəfdə ayaq üstə durmuş pələng, solda isə yerdən püskürən alov təsvir edilib. Tədqiqatçılar bu fikirdədirlər ki, Şuşanın da, Bakının da gerblərində əks edilmiş alov dilləri Azərbaycanın odlar ölkəsi olmasına işarədir.

Şuşanın gerbinin yarıdan aşağı hissəsində yaşıl çəmənlikdə yəhərli, cilovlu Qarabağ atı təsvir edilib. Araşdırıcılar bildirirlər ki, bu təsvir həmin ərazidə cins atların yetişdirildiyini, həmçinin Qarabağda atçılığın inkişafını, yəhər və yüyənin də yerli istehsal olduğunu əks etdirir. Gerb həmçinin yurdumuzun təbii sərvətlərini əks etdirmək, eləcə də rənglərin harmoniyası baxımından diqqət çəkir.

Şuşanın gerbi aydın şəkildə göstərir ki, bu ərazinin ermənilərə heç bir aidiyyəti olmayıb. Çünki gerbdə Azərbaycanın təbii sərvətləri, xalqımızın məşğuliyyəti, həyat tərzi, arzuları, duyğuları çox aydın və mükəmməl şəkildə təsvir edilib.

gerb

Şuşanın işğalı və ya "Dağlarda toy" əməliyyatı

1992-ci il mayın 8-də Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilən, 289 kv. km ərazisi olan Şuşada həmin dövrdə 25 min nəfərədək əhali yaşayırdı. Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min insan öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan və Qaxal mağaraları, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.

Ermənilər Azərbaycana məxsus olan bir çox abidəni məhv edib və ya erməniləşdiriblər. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.

işğal

Şuşanın işğaldan azad edilməsi əməliyyatı tarixdə əbədi qalacaq.

Qarabağın tacı, döyünən ürəyi Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Qəhrəman əsgər və zabitlərimiz əlbəyaxa döyüş taktikası seçərək yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi.

Noyabrın 6-da yüngül silah-sursat ilə təchiz edilmiş, hərəsi 100 nəfərdən ibarət olan dörd qrupa bölünmüş 400 nəfərlik Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Şuşanın sıldırımlarına iplərlə dırmaşaraq səhər saatlarında şəhərə dörd tərəfdən daxil olmuş və şəhərdə döyüşlər başlamışdır. Yüzlərlə itki verən erməni silahlıları günortadan sonra şəhərdən tam çıxarılmışdır.

Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. Şuşa zəfəri, əslində, müharibənin taleyini həll etdi. Ertəsi gün daha 70-dən çox kəndin azad olunması xəbəri gəldi və bundan bir gün sonra Ermənistanın Baş naziri Azərbaycan Prezidentinin şərtlərini qəbul edərək kapitulyasiya aktını imzalamağa məcbur oldu.

azadlıq

MARAQLI FAKTLAR

Şuşa şəhərinin təməli 18 ci əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. İlk əvvəllər Pənahəli xanın şərəfinə Pənahabad adlanmışdır.

ƏRAZİ

Susa şəhərinin ərazisi 289 kv km-dir.
Şuşa rayonuna 1 şəhər 31 kənd daxildir.

SİMVOL

Şuşanın dağlarında yalnız Şuşaya məxsus olan dünyanın heç bir yerində bitməyən “Xarı bülbül” gülü yetişir.

TƏHSİL

1830-cu ildə açılan Şuşa qəza məktəbi, 1874-cü ildə yaradılmış Şuşa şəhər məktəbi Azərbaycanda və Cənubi Qafqazda ilk şəhər məktəblərindən biri idi.

KİTABXANA

Mir Möhsün Nəvvab Şuşada ilk şəhər kitabxanası yaratmış, bu ilk kitabxana-qiraətxananı ümumşəhər savadlanma mərkəzinə çevirmişdi.

ŞUŞA İLİ

Şuşanın bərpasının sürətləndirmək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan edib.

QARDAŞ ŞƏHƏRLƏRİ

Macarıstanın Dyönddyöş (2013), Türkiyənin Kayseri (2021) və Ərzurum (2022), Bolqarıstanın Veliko Tırnovo (2022), Qazaxıstanın Türküstan (2022) şəhərləri Şuşanın qardaş şəhərləridir.

FOTOQALEREYA

  • Hamısı
  • QƏDİM ŞUŞA
  • DAĞIDILMIŞ ABİDƏLƏR
  • AZAD ŞUŞA
“Şuşada tatar (azərbaycanlı) məktəbi”

“Şuşada tatar (azərbaycanlı) məktəbi”

1865-ci ildə Şuşa

1865-ci ildə Şuşa

1865-ci ildə Şuşada kafe

1865-ci ildə Şuşada kafe

Bülbülün ev muzeyi

Bülbülün ev muzeyi

Şuşa real məktəbi

Şuşa real məktəbi

Xurşidbanu Natəvanın evi

Xurşidbanu Natəvanın evi

Azad Şuşa

Azad Şuşa

Azad Şuşa

Azad Şuşa

Azad Şuşa

Azad Şuşa

ŞUŞA HAQQINDA DEYİLƏNLƏR

Heydər Əliyev

Ümummilli Lider

Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir. Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Şuşaya gələn hər bir insan bu sıldırım qayalara baxarkən görür ki, bu şəhəri, alınmaz qala sayılan şəhəri götürmək, azad etmək böyük qəhrəmanlıq, peşəkarlıq, şücaət, fədakarlıq tələb edir. Qəhrəman Azərbaycan əsgərləri qan tökərək, şəhid olaraq, sıldırım qayalara dırmaşaraq, demək olar ki, yüngül silahlarla, əliyalın Şuşanı düşmənin əlindən aldı və Azərbaycan bayrağını ucaltdı. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti

Bu gün təbii ki, fərqli bir həyəcanın, hisslərin içindəyik. Allaha şükür olsun ki, daha əvvəl verdiyimiz sözümüzü bu gün yerinə yetiririk. Qırx dörd günlük məlum müharibənin nəticəsində Qarabağ, Şuşa, çox şükürlər olsun ki, sahiblərinə qovuşdu və erməni zülmündən, erməni işğalından azad edildi.

Firudin bəy Köçərli

ədəbiyyatşünas

Şuşа qаlаsı Cənubi Qаfqаzın gözəl və bаsəfа şəhərlərindən birisi hеsаb оlunurdu və ахır vахtlаrdа аrtıq sürət ilə аbаd оlmаğа üz qоymuşdu. İçində çох gözəl imаrətlər yаpılmışdı. Yаy fəslində аltmış-yеtmiş minə qədər nüfus bu şəhərə cəm оlurdu, çünki Şuşаnın аbı hаvаsı хеyli sаf və sаlаmаt оlmаğа görə, yаylаq mənzələsindəndir.

Əbdürrəhim bəy Hаqvеrdiyеv

yazıçı, dramatuq

Bu şəhərin ömrü bir еlə uzun dеyilsə də, tаriхi bir şəhərdir. Burаyа хаnlаr, bəylər, həttа şаhzаdələr gəlib-gеdirlər. Burаdа pаdşаh bаşı kəsilib, təpiklərdə pаymаl оlub. Аbu hаvаsının şаirəliyi əhаlisinin təbiətinə də sirаyət еtdiyi üçün, о şəhər məşhur şаirlərin, ədiblərin, musiqişünаslаrın, хаnəndələrin mədəni оlmuşdur.

Hamısına bax →

Şuşa haqqında suallar

  • Bakı və Şuşa arasında nəqliyyat yolu 487,47 km-dir. İki şəhər arasında düzxətli məsafə isə 286 km-dir.

  • Culfalar məhəlləsi, Çöl Qala məhəlləsi, Çuxur məhəllə məhəlləsi, Dəmirçilər məhəlləsi, Dörd çinar məhəlləsi, Dördlər qurdu məhəlləsi, Hacı Yusifli məhəlləsi, Hamamqabağı məhəlləsi, Xoca Mərcanlı məhəlləsi, Köçərli məhəlləsi, Qazançalı məhəlləsi, Qurdlar məhəlləsi, Quyuluq məhəlləsi, Mamayı məhəlləsi, Mərdinli məhəlləsi, Saatlı məhəlləsi, Seyidli məhəlləsi, Təbrizli məhəlləsi, Təzə məhəllə məhəlləsi

  • Şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırırdılar.

  • Şəhərin ərazisi dağlıqdır. Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 metr).

  • Mir Möhsün Nəvvab Şuşada ilk şəhər kitabxanası yaratmış, bu ilk kitabxana-qiraətxananı ümumşəhər savadlanma mərkəzinə çevirmişdi. 1830-cu ildə isə Şuşada ilk mətbəə fəaliyyətə başlamış, bu daş mətbəəsində Şuşa şairlərinin şerləri çap edilmişdi.

ƏLAQƏ

«İnnovasiyaya Doğru»
Gənclərə Dəstək İctimai Birliyi

Bakı, Şirin Mirzəyev 72. Mən 17

Email

innovasiyayadogru@mail.ru

Telefon

+994 70 349 94 91